27 mart 2026. Cümə

Milan 10 ildən sonra bunu bacardı


Milan 10 ildən sonra bunu bacardı

İtaliyanın “Milan” klubu 10 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qələbə qazanıb.

Corner.Az xəbər verir ki, “rossonyerlər” İngiltərə təmsilçisi “Tottenhem”i 1:0 hesabı ilə məğlub edərək buna nail olublar.

A seriyasının çempionu buna qədər axırıncı dəfə 2013-cü ildə qrupdan sonrakı mərhələdə İspaniyanın “Barselona” klubunu məğlub edib. Ancaq həmin vaxt cavab qarşılaşmasında üstün olan kataloniyalılar 1/4 finala adlayıblar.

“Milan” həmçinin 2012-ci ildən sonra birinci dəfə İngiltərə təmsilçisinə qalib gəlib. İtalyanlar buna qədər 2011/2012 mövsümünün 1/8 finalında “Arsenal”dan (4:0) güclü olub. Son 11 ildə ingilislərlə baş tutan 5 görüşün hamısında rəqiblər qələbə sevinci yaşayıblar.

Bundan başqa, “Tottenhem”lə matçda yeganə qolun müəllifi olan Brahim Diaz 23 yaş 195 gündə fərqlənərək, 2004-cü ildən bəri Çempionlar Liqasının pley-off mərhələsində “rossonyerlər”in ən gənc qol vuran oyunçusu olub. 9 il əvvəl Kaka 21 yaş 336 günlüyündə “Deportivo” ilə matçda bunu bacarıb.

Qeyd edək ki, “Milan”la “Tottenhem” arasında cavab oyunu martın 8-də keçiriləcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"