6 dekabr 2025. Şənbə

Çelsi Borussiya'ya məğlub oldu


Çelsi Borussiya'ya məğlub oldu

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib. Corner.az xəbər verir ki, gecənin ən maraqlı görüşü Almaniyada baş tutub.

“Borussiya 
Dortmund” doğma meydanda “Çelsi” klubunu qəbul edib. Bu oyunda meydan sahibləri minimal hesabla qalib gəlib.

Digər qarşılaşma Portuqaliya baş tutub. Burada “Benfika” Belçika təmsilçisi “Brügge”ni qəbul edib. Bu oyunda isə qonaqlar inamlı qələbəyə seviniblər.

UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
15 fevral

"Borussiya" Dortmund (Almaniya) - "Çelsi" (İngiltərə) - 1:0
Qol: Adeyemi, 63.
Dortmund, "Siqnal İduna Park" stadionu. Baş hakim: Xesus Gil Manzano (İspaniya)

 

"Brügge" (Belçika) - "Benfika" (Portuqaliya) - 0:2
Qol: J.Mario, 51-pen. D.Neres, 88.
Brügge, "Yan Breydel" stadionu. Baş hakim: Davide Massa (İtaliya)

Qeyd edək ki, 1/8 finalın ilk oyun günündə “Bavariya” səfərdə PSJ-ni, “Milan” öz meydanında “Tottenhem”i 1:0 hesabı ilə məğlub edib.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”