6 dekabr 2025. Şənbə

Borussiya 7 illik həsrətə son qoydu


Borussiya 7 illik həsrətə son qoydu
Almaniyanın “Borussiya” (Dortmund) klubu avrokuboklarda 7 illik həsrətə son qoyub. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyununda İngiltərə klubu “Çelsi”ni öz meydanında 1:0 hesabı ilə məğlub edərək bunu reallaşdırıb.
 
Dortmundlular son 7 ildə ilk dəfə İngiltərə klubuna qalib gəliblər. Komanda axırıncı dəfə 2016-cı il martın 17-də Avropa Liqasının pley-offunda “Tottenhem”i üstələmişdi. Həmin vaxt almanlar bu rəqibə həm evdə (3:0), həm də səfərdə (2:1) qalib gəlmişdilər.
 
Yeri gəlmişkən, “Borussiya” həmin mövsüm Avroliqanın qrup mərhələsində Azərbaycan təmsilçisi “Qəbələ”yə qarşı oyunlardan da qələbə ilə (evdə 4:0, səfərdə 3:1) ayrılmışdı. “Borussiya” həmin mövsümdən bəri İngiltərə təmsilçilərinə qarşı keçirdiyi 10 oyunun 8-də məğlub olub, 2-də heç-heçəyə razılaşıb.
 
Xatırladaq ki, “Borussiya” ilə “Çelsi” arasındakı cavab qarşılaşması martın 7-də Londonda baş tutacaq.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”