6 dekabr 2025. Şənbə

Real'a qarşı oynamaq çox çətindir


Real'a qarşı oynamaq çox çətindir

“Çempionlar Liqası dünyanın ən möhtəşəm turnirlərindən biridir. Bu yarışda yaxın tariximizi nəzərə alsaq, indiyəqədərki ən yaxşı futbol oyunu olacaq”. Corner.az xəbər verir ki, bunu İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 finalında İspaniya nəhəngi “Real”a qarşı keçirəcəkləri oyundan öncə baş tutan mətbuat konfransında bunları söyləyib.

“Uğur qazanmaq üçün super oyun göstərməliyik. Çox şadam ki, biz indi meydana çıxırıq. Dörd həftə əvvəl hər şey başqa cür olardı. Ola bilsin ki, biz bu oyun üçün vaxtında ayağa qalxdıq. Son iki görüşdə qalib gəlməyimiz də yaxşı oldu. Daha irəli getmək üçün iki supermatç oynamaq lazımdır. Çünki əlindən gələni etməsən, şansın qalmır. “Real” ən yaxşı oyununu göstərməsə belə, yenə də şansları olacaq. Aradakı fərq budur və bu, xüsusi bir şeydir. Əslində, bu komandanı panikaya salmağın mümkün olduğunu düşünmürəm. Bu, “Real”dır və hörmət etmədən onlarla oynayıb “narahat olmağa nə var ki?” deyə bilməzsən. Onların heyətində Modriç, Kross, Benzema, Vinisius, Valverde var, hamısı da dünya səviyyəli oyunçulardır. İndi onlara Tçuameni, Kamavinqa kimi oyunçular da qoşulub”.

Klopp “Real”a qarşı oynamağın çox çətin olduğunu vurğulayıb: “Lakin bu, onlarla oynamağın tamamilə mümkünsüz olduğu anlamına gəlmir. “Real”ın bəzi oyunçuları beş dəfə yarışda qalib gəlib və yəqin ki, özlərini bu turnirin ev sahibi hesab edirlər. Ola bilsin ki, onlar haqlıdırlar, amma biz yenə də onlarla oynamağa çalışacağıq”.

Qeyd edək ki, bu qarşılaşma fevralın 21-dən 22-nə keçən gecə baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”