1 fevral 2026. Bazar günü

Napoli Çempionlar Liqasında da uzağa gedə bilər


Napoli Çempionlar Liqasında da uzağa gedə bilər

Təcrübəli baş məşqçi Rafael Benites sabiq komandası “Napoli”nin Çempionlar Liqasının cari mövsümündəki perspektivlərini dəyərləndirib. Corner.az xəbər verir ki, 62 yaşlı çalışdırıcı neapolların bu turnirdə qalib gəlmək üçün hər cür şansa malik olduğunu bildirib.

 
“İnsanlar Çempionlar Liqasının favoritlərindən danışanda həmişə eyni komandaları deyirlər: “Real”, “Mançester Siti” və s. Mənə elə gəlir ki, “Napoli”nin Avropada da özünü tanıtmaq üçün bütün kartları var. Onların itirəcəkləri heç nə yoxdur, yaxşı oynayırlar, çempionatda böyük liderliyə malikdirlər ki, bu da onları çox yayındırmayacaq. Bu, komanda üçün fiziki və psixoloji baxımdan çox baha başa gəlməyəcək. Onlar Avropada uzağa gedə bilərlər və nə qədər uzağa getsələr, bir o qədər böyüyəcəklər. Mən demirəm ki, “Napoli” mütləq Çempionlar Liqasını qazanacaq, lakin onlar bunu bacara bilərlər”.
 

Xatırladaq ki, "Napoli" Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu fevralın 21-də keçirəcək. Neapollular səfərdə "Ayntraxt"la qarşılaşacaq. Cavab oyunu martın 15-də Neapolda keçiriləcək.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”