- Çempionlar liqası
- 15:45 31.01.2025
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
İngiltərə "Mançester Siti"si səfərdə "Leypsiq"in qonağı olub. Niderlanddan olan Türkiyə əsilli Serdar Gözübüyükün idarə etdiyi bu oyunda qalib müəyyənləşməyib.
Digər oyun isə İtaliya "İnter"i doğma meydanda Portuqaliyanın "Portu" komandası arasında keçirilib. Serbiyalı baş hakim Srcan Yovanoviç idarə etdiyi bu oyunda İtaliya təmsilçisi son dəqiqələrində vurduğu yeganə qol sayəsində qələbə qazanıb.
UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
22 fevral
Leypsiq (Almaniya) - Mançester Siti (İngiltərə) 1:1
Qol: Qvardiol, 70 – Mahrez, 27.
Baş hakim: Serdar Gözübüyük (Niderland)
Leypsiq, "RB Arena".
İnter" (İtaliya) - Portu (Portuqaliya) 1:0
Qol: Lukaku, 86.
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Milan, "San Siro" stadionu.