1 fevral 2026. Bazar günü

ÇL-də 20 qol həddinə çatan 5-ci afrikalı


ÇL-də 20 qol həddinə çatan 5-ci afrikalı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan Almaniyanın “Leypsiq” komandası ilə oyun “Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrez üçün əlamətdar olub. Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu 1:1 hesabıyla başa çatan bu matçda komandasının yeganə qolunu vurmaqla qitənin bir nömrəli turnirində 20-ci dəfə fərqlənib.
 
Nəticədə əlcəzairli oyunçu qitənin ən nüfuzlu klub turnirində 20 qol həddinə çatan 5-ci afrikalı olub.
 
Xatırladaq ki, bu siyahıya Məhəmməd Salah və Didye Droqba (44 qol) şərikli liderlik edirlər. Samuel Eto (30) üçüncü, Sadio Mane (27) isə dördüncü pillədə qərarlaşıb.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”