1 fevral 2025. Şənbə

İnter 13 il sonra ÇL-da bunu bacardı


İnter 13 il sonra ÇL-da bunu bacardı
İtaliyanın “İnter” klubu UEFA Çempionlar Liqasında 13 ildən sonra ilk dəfə ardıcıl 3 ev matçında qələbə qazanıb. Corner.az xəbər verir ki, Milan təmsilçisi buna 1/8 final mərhələsində Portuqaliyanın “Portu” komandasına doğma meydanda 1:0 hesabıyla qalib gəlməklə nail olub.
 
Sözügedən kollektiv qrup mərhələsində İspaniyanın “Barselona” (1:0) və Çexiyanın “Viktoriya” (4:0) komandalarına da öz meydanında qalib gəlmişdi.
 
Milanlılar sonuncu dəfə ÇL-i qazandıqları 2009/2010 mövsümündə ardıcıl 4 ev qələbəsinə sevinmişdilər.
 
Yeri gəlmişkən, “İnter” ÇL-in son 16 pley-off qarşılaşmasında heç-heçə etməyib. Komanda sonuncu dəfə 2009-cu ildə İngiltərə təmsilçisi “Mançester Yunayted”lə bərabərə qalıb – 0:0.






Çempionlar liqası

ÇL: Pley-off mərhələsinin püşkü atılıb
  • Çempionlar liqası
  • 15:45 31.01.2025
ÇL: Pley-off mərhələsinin püşkü atılıb
“Komandanın oyunundan razıyıq"
  • Çempionlar liqası
  • 15:49 30.01.2025
“Komandanın oyunundan razıyıq"
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"