26 iyul 2026. Bazar günü

ÇL: Xorvatiyalı futbolçudan yeni rekord


ÇL: Xorvatiyalı futbolçudan yeni rekord
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Siti” ilə ilk oyunu “Leypsiq”in müdafiəçisi Yoşko Qvardiol üçün əlamətdar olub. Corner.az xəbər verir ki, 21 yaşlı oyunçu 1:1 hesablı heç-heçə etdikləri bu oyunda komandasının bərabərlik qolunu vurub.
 
Xorvatiyalı futbolçu həm də oyun ərzində 89 dəfə topa toxunaraq yeni rekorda imza atıb.
 
Xatırladaq ki, Qvardiol İngiltərə nəhəngi ilə qarşılaşmaya start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Bu oyunda hesabı 27-ci dəqiqədə qonaqlar açsa da, 70-ci dəqiqədə Yoşkonun vurduğu bərabərlik qolu yekun nəticəni müəyyənləşdirib.
 
Bu komandalar arasındakı cavab oyunu martın 14-də İngiltərədə baş tutacaq.






Çempionlar liqası

"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"