26 iyul 2026. Bazar günü

Heç-heçə yaxşı nəticə sayıla bilər


Heç-heçə yaxşı nəticə sayıla bilər
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA Çempionlar Liqasının 1/8 finalında Almaniyanın “Leyptsiq” komandasına qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
 
Corner.az xəbər verir ki, ispaniyalı mütəxəssis ikinci hissədə yaxşı çıxış etmədiklərini deyib:
 
“İkinci hissədə bir addım belə, irəliyə doğru hərəkət edə bilmədik. Onlar daha sıx oynamağa başladılar. Buraxdığımız qoldan sonrakı 20 dəqiqəni daha yaxşı keçirdik. Həm birinci, həm də ikinci hissədə yaxşı anlarımız oldu. Heç-heçə yaxşı nəticə sayıla bilər. Təkcə ilk hissədə yox, matç boyu futbolçularımın oyunundan razı qaldım. Artıq bir çox güclü komandalar turnirdən kənarda qalıb. Bizdən 4:0 hesablı qələbə gözləyirdizsə, üzr istəyirəm. Biz bunu edə bilməzdik”.
 
Xatırladaq ki, “Mançester Siti” ilə “Leyptsiq” arasındakı cavab oyunu martın 14-də İngiltərədə baş tutacaq.






Çempionlar liqası

"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"