- Çempionlar liqası
- 15:45 31.01.2025
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) UEFA Çempionlar Liqasında (ÇL) ən çox oyun keçirən baş məşqçilərin adlarını açıqlayıb.
Corner.Az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində ümumilikdə 8 mütəxəssis 100 və daha çox matça komanda çıxarıb.
Son olaraq İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp siyahıya qoşulub. Turnirin 1/8 final mərhələsində İspaniya təmsilçisi “Real Madrid”lə (2:5) keçirilən qarşılaşma almaniyalı mütəxəssisin 100-cü görüşü olub.
Siyahıya Aleks Ferqyuson başçılıq edir. Şotlandiyalı 1980-2013-cü illər aralığında ÇL-də 202 oyun həyəcanı yaşayıb.
Məşqçi | Ölkəsi | Oyun | İllər | |
1 | Aleks Ferqyuson | Şotlandiya | 202 | 1980-2013 |
2 | Karlo Ançelotti | İtaliya | 186 | 1997- |
3 | Arsen Venger | Fransa | 184 | 1988-2017 |
4 | Pep Qvardiola | İspaniya | 155 | 2008- |
5 | Joze Mourinyo | Portuqaliya | 145 | 2002- |
6 | Mirça Luçesku | Rumıniya | 115 | 1998- |
7 | Massimiliano Alleqri | İtaliya | 100 | 2010- |
8 | Yurgen Klopp | Almaniya | 100 | 2011- |
Qeyd edək ki, araşdırma turnir Çempionlar Liqası adını daşıdığı 1992-ci ildən etibarən aparılıb.