24 iyul 2026. Cümə

Mbappe'dən het-trik sözü


Mbappe'dən het-trik sözü
PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 finalında “Bavariya”ya qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.
 
Corner.az xəbər verir ki, fransalı futbolçu martın 8-də baş tutacaq səfər oyununda het-trikə imza atacağına inandığını bildirib:
 
"202, 203 və 204-cü hədəfləri çərşənbə gününə saxladımmı? Bəli, ümid edirəm! Biz ora növbəti mərhələyə çıxmaq üçün gedirik. Biz əzmkarıq və qalib gələcəyik!”

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Parisdə keçirilən PSJ - "Bavariya" qarşıdurmasının ilk oyunu münhenlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu "Bavariya"nın cinah oyunçusu Kinqsli Koman vurub.






Çempionlar liqası

"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"