27 mart 2026. Cümə

Ayntraxt azarkeşləri stadiona buraxılmayacaq


Ayntraxt azarkeşləri stadiona buraxılmayacaq
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” (İtaliya) – “Ayntraxt” (Almaniya) matçında qonaq komandanın azarkeşləri stadiona buraxılmayacaq. Corner.az xəbər verir ki, buna sözügedən matçın İtaliyada “yüksək riskli” oyun hesab olunması səbəb göstərilib.
 
Hətta İtaliyanın Daxili İşlər Nazirliyi bu səbəbdən UEFA-ya rəsmi müraciət ünvanlayıb. Nəticədə qitə futbol qurumu İtaliya tərəfinin bu istəyini müsbət qarşılayıb. Belə ki, “Ayntraxt” “Napoli” ilə səfər matçında azarkeşsiz oynayacaq. Artıq Almaniya klubu da bu məsələ ilə bağlı fanatlarını xəbərdar edib.
 
“Napoli” – “Ayntraxt” matçı martın 15-də Neapoldakı “Dieqo Armando Maradona” stadionunda keçiriləcək. 
 
Xatırladaq ki, bu komandalar arasında Almaniyada baş tutan ilk matçda “Napoli” 2:0 hesabıyla qalib gəlib. Həmin matç zamanı italiyalı fanatlarla yerli azarkeşlər arasında kiçik problemlər qeydə alınmışdı.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"