6 dekabr 2025. Şənbə

ÇL: Çelsi və Benfika 1/4 finalda


ÇL: Çelsi və Benfika 1/4 finalda

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Gecənin ən maraqlı matçı İngiltərədə "Çelsi" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında olub. Dortmunddakı ilk oyunda meydan sahibləri qələbə qazanmışdılar. Cavab görüşündə isə London təmsilçisi inamlı qələbə qazanaraq qolla qalib gələrək 1/4 finala yüksəlib.

Digər qarşılaşmada isə "Benfika" Portuqaliyada Belçika "Brügge"sini qəbul edib. İlk görüşdə Lissabon təmsilçisi rəqibini 2 cavabsız qolla məğlub etmişdisə, cavab görüşündə darmadağınla qalib gəlib və sürprizə imkan verməyib.

1/8 finalın digər cavab oyunları martın 8-i, 14-ü və 15-də keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
7 mart

"Çelsi" (İngiltərə) - "Borussiya" Dortmund (Almaniya) 2:0
Qol: Sterlinq, 43. Haverts, 53-pen.
Baş hakim: Denni Makkeli (Niderland)
İlk oyun - 0:1
London, "Stemford Bric" stadionu

"Benfika" (Portuqaliya) - "Brügge" (Belçika) 5:1
Qol: R.Silva, 38. Q.Ramos, 45+2; 57. J.Mario, 71-pen. Neres, 77 – Meyer, 87.
Baş hakim: Halil Umut Meler (Türkiyə)
İlk oyun - 2:0
Lissabon, "Eştadiu du Benfika" stadionu.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”