6 dekabr 2025. Şənbə

Milan'la Bavariya da 1/4 finalda


Milan'la Bavariya da 1/4 finalda

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib. Corner.Az xəbər verir ki, bununla 1/4 finalın növbəti iştirakçıları bəlli olub.

Gecənin ən maraqlı matçı Almaniyada baş tutub. Fransadakı ilk görüşdə PSJ-yə minimal hesabla  qalib gələn "Bavariya" bu dəfə rəqibini doğma meydanda qəbul edib. Münhenlilər bu görüşdə daha inamlı qələbə qazanaraq PSJ-ni mübarizədən kənarlaşdırıb.

Digər görüş isə İngiltərənin "Tottenhem" klubu doğma.meydanda İtaliyanın "Milan" klubunu sınağa çəkib. Milandakı ilk qarşılaşmada İtaliya təmsilçisi minimal hesablı qələbəyə sevinmişdi. Cavab görüşündə qapılara qol vurulmadığından, İtaliya təmsilçisi növbəti mərhələyə yüksəlib.

Daha əvvəl Portuqaliyanın "Benfika" və İngiltərənin "Çelsi" komandaları 1/4 finala vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
8 mart

"Bavariya" (Almaniya) - PSJ (Fransa) 2:0
Qol: 
E.Şupo-Motinq, 61. S.Qnabri, 89.
Baş hakim: Daniele Orsato (İtaliya).
"Münhen Futbol Arenası".
İlk oyun – 1:0.

"Tottenhem" (İngiltərə) - "Milan" (İtaliya) 0:0
Baş hakim: Klemen Türpin (Fransa).
London, "Tottenhem Hotspur" stadionu.
İlk oyun – 0:1.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”