6 dekabr 2025. Şənbə

Messidən yubiley və antirekordlar


Messidən yubiley və antirekordlar
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniyanın “Bavariya” klubu ilə səfər oyunu PSJ-nin hücumçusu Lionel Messi üçün əlamətdar olub. Corner.az xəbər verir ki, Paris klubunun ulduzu karyerasında 150-ci dəfə qitənin ən nüfuzlu klub turnirində start heyətində meydana çıxıb.
 
Argentinalı forvard bunu bacaran üçüncü oyunçu olub. Sıralamada birinci yeri portuqaliyalı Kriştiano Ronaldo (178), ikinci pilləni isə ispaniyalı İker Kasilyas (176) tutur.
 
Əvəzində Messi karyerasında ilk dəfə ardıcıl üç mövsüm ÇL-in 1/4 finalına yüksələ bilməyib. 36 yaşlı futbolçu son üç mövsümün hər birində 1/8 finalda “ilişib”.
 
Messi 18 dəfə qatıldığı ÇL-in pley-offlarında 4-cü dəfədir qol vura bilməyib. O, ötən mövsüm, həmçinin 2005/06 və 2006/07 mövsümlərində də qrupdan sonrakı mərhələdə fərqlənməyi bacarmayıb.
 
PSJ isə tarixində ilk dəfə bir mövsüm ərzində ÇL-də keçirdiyi bütün matçlarda qapısında qol görüb. Komanda qrup mərhələsindən bəri 8 görüşdə iştirak edib və hamısında qol buraxıb.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”