6 dekabr 2025. Şənbə

Bavariya və hücumçusu üçün əlamətdar oyun


Bavariya və hücumçusu üçün əlamətdar oyun
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən PSJ (Fransa) ilə ev oyunu Almaniyanın “Bavariya” klubu və hücumçusu Erik Şupo-Motinq üçün əlamətdar olub.
 
Corner.az xəbər verir ki, ilk oyunda 1:0 hesablı qələbəyə sevinmiş münhenlilər doğma meydanda da 2:0 hesabı ilə qalib gələrək mərhələ adlayıblar.
 
Nəticədə “Bavariya” 21-ci dəfə Çempionlar Liqasında 1/4 finala yüksəlib. Almaniya təmsilçisi bu baxımdan rekordçudur.
 
Erik Şupo-Motinq isə klubun sabiq forvardı Roy Makayın nailiyyətini təkrarlayıb. Kamerundan olan 33 yaşlı hücumçu buna PSJ-nin qapısına yol tapmaqla nail olub. O, qitənin bir nömrəli klub turnirində start heyətdə meydana çıxdığı ardıcıl dördüncü matçda rəqib qapılarına yol tapıb. Daha əvvəl bunu 2003/04 mövsümündə Roy Makay bacarmışdı.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”