6 dekabr 2025. Şənbə

Mançester Siti və İnter 1/4 finalda


Mançester Siti və İnter 1/4 finalda

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsi davam edir. Corner.az xəbər verir ki, cavab oyunları çərçivəsində baş tutacaq görüşlərdən sonra 1/4 finala yüksələn daha iki komanda bəlli olub.

“Portu” öz meydanında “İnter”i (İtaliya) qəbul edib. İlk görüşdə 0:1 hesabı ilə məğlub olan portuqaliyalılar bunun revanşını almağa çalışsalar da, bu baş tutmayıb. Cavab matçındakı qolsuz heç-heçə Milan təmsilçisi növbəti mərhələyə keçirib.

Turnirin favoritlərindən olan İngiltərənin “Mançester Siti” klubu səfərdə müqavimətini qıra bilmədiyi “Leyptsiq”lə (Almaniya)  üz-üzə gəlib. Doğma meydanda əzici hesabla qalib gələn "şəhərlilər" sürprizə imkan verməyiblər.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
14 mart

“Portu” (Portuqaliya) – “İnter” (İtaliya) 0:0
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 0:1

“Mançester Siti” (İngiltərə) – “Leyptsiq” (Almaniya) 7:0
Qollar: Haland, 22; 24; 45+2; 54; 57. İ.Gündoğan, 49. K.De Bruyne, 90+2.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
İlk oyun – 1:1


Qeyd edək ki, “Bavariya”, “Milan”, “Çelsi” və “Benfika” daha 1/4 finala vəsiqəni rəsmiləşdirib.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”