8 aprel 2026. Çərşənbə

ÇL: Real və Napoli sürprizə imkan vermədi


ÇL: Real və Napoli sürprizə imkan vermədi

 UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, son oyun günündə keçirilən iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olub.

“Real” İngiltərədə 5:2 hesabı ilə qalib gəldiyi "Liverpul"u bu dəfə doğma meydanda qəbul edib. Madrid təmsilçisi evdə də rəqibi üzərinə qələbə qazanıb.

Digər matçda isə "Napoli" Almaniyada 2:0 hesabı ilə məğlub etdiyi "Ayntraxt"la bu dəfə evdə qarşılaşıb. Neapol təmsilçisi evdə daha inamlı hesabla qələbəyə sevinib.

Xatırladaq ki, daha əvvəl Almaniyanın "Bayern", Portuqaliyanın "Benfika", İngiltərənin "Çelsi" və "Mançester Siti", həmçinin İtaliyanın "Milan" və "İnter" komandaları 1/4 finala vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
15 mart

"Real" (İspaniya) - "Liverpul" (İngiltərə) 1:0
Qol: Benzema, 79.
Baş hakim: Feliks Tsvayer (Almaniya).
İlk oyun – 5:2.
Madrid, "Santyaqo Bernabeu" stadionu.

"Napoli" (İtaliya) – "Ayntraxt" (Almaniya) 3:0
Qol: Osimhen, 45+2; 53. Zelinski, 64-pen.
Baş hakim: Entoni Teylor (İngiltərə).
İlk oyun – 2:0.
Neapol, "Dieqo Armando Maradona" stadionu.







Çempionlar liqası

 “Real” doğma meydanda “Bavariya”ya uduzdu
  • Çempionlar liqası
  • 01:04 08.04.2026
“Real” doğma meydanda “Bavariya”ya uduzdu
"Cəmiyyətin sənin kimi insanlara ehtiyacı var"
  • Çempionlar liqası
  • 23:34 07.04.2026
"Cəmiyyətin sənin kimi insanlara ehtiyacı var"
“Ev oyunlarının havası möhtəşəmdir”
  • Çempionlar liqası
  • 23:42 06.04.2026
“Ev oyunlarının havası möhtəşəmdir”
“Barselona” “Real”ı darmadağın etdi
  • Çempionlar liqası
  • 23:59 02.04.2026
“Barselona” “Real”ı darmadağın etdi
“Real Madrid" həmişə favoritdir”
  • Çempionlar liqası
  • 21:57 29.03.2026
“Real Madrid" həmişə favoritdir”
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"