6 dekabr 2025. Şənbə

Real ÇL-da ilkə imza atdı


Real ÇL-da ilkə imza atdı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan İngiltərənin “Liverpul” komandası ilə cavab oyunu İspaniya “Real”ı üçün əlamətdar olub. Corner.az xəbər verir ki, İspaniya nəhəngi qitənin ən nüfuzlu klub turnirində yubilet matçına çıxıb.
 
Bu oyun sözügedən komanda üçün ÇL-də 300-cü matç kimi tarixə düşüb. İndiyə qədər heç bir komanda qitənin ən nüfuzlu klub turnirində bu qədər oyun keçirməyib. İkinci pillədə 280 oyun keçirmiş Almaniya nəhəngi “Bavariya” var. Üçüncü pillədə isə İspaniyanın digər təmsilçisi “Barselona” qərarlaşıb - 277 oyun.
 
Xatırladaq ki, “Real” indiyə qədər baş tutan qarşılaşmalarda 180 qələbə qazanıb, 65 dəfə məğlub olub, 55 heç-heçə edib.
 
Madrid “Real”ı həm də ÇL-in 1/4 finalında iştirak sayına görə ikincidir. “Kral klubu” tarixi ərzində 19 dəfə bunu bacarıb. İspanlar yalnız 21 dəfə 1/4 final üzü görən “Bayern”dən geri qalırlar.
 
“Liverpul”la cavab qarşılaşması “Real”ın hücumçusu Kərim Benzema üçün də əlamətdar olub. O, ÇL-in pley-oflarında 33-cü qolunu vurub. Bu baxımdan o, turnirdə ən yaxşı göstəriciyə malik üçüncü oyunçudur. Rekordçu 67 qolla Kristiano Ronaldodur. İkinci yerdə 49 topla Lionel Messi qərarlaşıb. İlk “5-liy”ə, həmçinin, Robert Levandovski (30) və Tomas Müller (26) daxildirlər.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”