6 dekabr 2025. Şənbə

ÇL-da mövsümün ən dəyərli 11-liyi


ÇL-da mövsümün ən dəyərli 11-liyi
2022-23 mövsümündə Çempionlar Liqasının ən dəyərli “11-liy”i açıqlanıb. Corner.az xəbər verir ki, rəmzi komandaya cari mövsüm turnirdə çıxış edən oyunçular arasında hər mövqenin ən bahalısı salınıb.
 
3-5-2 sxeminə uyğun qurulan heyətin transfer bazarındakı ümumi dəyəri 1,17 milyard avrodu. Ən bahalı futbolçu isə PSJ-nin hücumçusu Kilian Mbappedi. Fransalı forvard 180 milyon avroya bərabərdi.
 
Qapıçı: Tibo Kurtua (“Real” - 60 milyon avro)
Müdafiəçilər: Ruben Diaş (“Mançester Siti” – 75 milyon), Yoşko Qvardiol (“Leypsiq” – 75 milyon), Mattiys de Liqt (“Bavariya” – 70 milyon)
Yarımmüdafiəçilər: Cud Bellinqem (“Borussiya” Dortmund – 110 milyon), Pedri (“Barselona” – 100 milyon), Camal Musiala (“Bavariya” – 100 milyon), Fil Foden (“Mançester Siti” – 110 milyon), Vinisyus Junior (“Real” – 120 milyon)
Hücumçular: Erlinq Haland (“Mançester Siti” – 170 milyon), Kilian Mbappe (PSJ – 180 milyon)
 
Qeyd edək ki, sabah Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılacaq. Simvolik komandadakı oyunçulardan 7-nin komandası mübarizəni davam etdirir.








Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”