8 aprel 2026. Çərşənbə

ÇL matçından öncəki iğtişaşa görə 7 azarkeş saxlanıldı


ÇL matçından öncəki iğtişaşa görə 7 azarkeş saxlanıldı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən “Napoli” – “Ayntraxt” matçından öncə almaniyalı fanatlar Neapolda ciddi iğtişaşlara səbəb olublar. Corner.az xəbər verir ki, daha öncə Frankfurt təmsilçisinin fanatlarının bu oyuna buraxılmayacağı açıqlanmışdı.
 
Lakin oyun günü təxminən 600 Bundesliqa klubunun azarkeşi Neapol küçələrində yürüşə çıxıblar. Onlar yol boyu avtomobillərə od vurublar, müxtəlif iaşə obyektlərinin vitrinlərini dağıdıblar, yerli polisə müqavimət göstəriblər. Alman fanatlarla “Napoli” tərəfdarları arasında dava da düşüb. Baş verənlərlə əlaqədar İtaliya polisi azı 7 nəfəri saxlayıb. Onların dördü “Napoli”, üçü isə “Ayntraxt” azarkeşidi.
 
Xatırladaq ki, ilk oyunda “Napoli”yə 0:2 hesabıyla uduzan “Ayntraxt” səfərdə də 3 cavabsız qol buraxaraq mübarizəni dayandırıb.






Çempionlar liqası

 “Real” doğma meydanda “Bavariya”ya uduzdu
  • Çempionlar liqası
  • 01:04 08.04.2026
“Real” doğma meydanda “Bavariya”ya uduzdu
"Cəmiyyətin sənin kimi insanlara ehtiyacı var"
  • Çempionlar liqası
  • 23:34 07.04.2026
"Cəmiyyətin sənin kimi insanlara ehtiyacı var"
“Ev oyunlarının havası möhtəşəmdir”
  • Çempionlar liqası
  • 23:42 06.04.2026
“Ev oyunlarının havası möhtəşəmdir”
“Barselona” “Real”ı darmadağın etdi
  • Çempionlar liqası
  • 23:59 02.04.2026
“Barselona” “Real”ı darmadağın etdi
“Real Madrid" həmişə favoritdir”
  • Çempionlar liqası
  • 21:57 29.03.2026
“Real Madrid" həmişə favoritdir”
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"