30 iyun 2026. Çərşənbə axşamı

ÇL-da həftənin ən yaxşı futbolçusu


ÇL-da həftənin ən yaxşı futbolçusu
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son dörd cavab oyunundan sonra həftənin ən yaxşı oyunçusu bəlli olub. Corner.az xəbər verir ki, bu ada “Mançester Siti”nin (İngiltərə) hücumçusu Erlinq Haland layiq görülüb.
 
22 yaşlı futbolçu “Leypsiq”ə (Almaniya) 7:0 hesabıyla qalib gəldikləri cavab matçında 5 qol vurub.
 
ÇL-də həftənin ən yaxşısı oyunçusu adına Hakan Çalhanoğlu (“İnter", İtaliya), Kərim Benzema (“Real”, İspaniya) və Viktor Osimhen (“Napoli”, İtaliya) də namizəd idi.






Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu