“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Bavariya” ilə qarşılamadan öncə təşkil olunan mətbuat konfransında açıqlama verib.
Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola rəqib komandanı tərifləyib:
“Çempionlar Liqasını qazanmağa çalışmaq istəyirik. "Bavariya” kimi elit komandalar arasında olmaq şərəfdir. Hər şeyi normal qəbul etmək olmaz. Meydançaya çıxıb əlimizdən gələni edib və yaxşı nəticə qazanmaq üçün mümkün olan hər şeyi etməyimiz vacibdir. Tuxelin rəhbərliyi altında “Bavariya”nın 3-4 oyununu təhlil etmişik. Bəlkə də yeni bir sistemlə çıxacaqlar. Çətin olacaq. Qarşıdakı matçda yaxşı oynamaq üçün nəyi təkmilləşdirə biləcəyimizi düşünürəm”.
Qeyd edək ki, bu gün keçiriləcək "Mançester Siti" - "Bavariya" qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab qarşılaşması aprelin 19-da olacaq.