25 noyabr 2024. Bazar ertəsi

"Schalke"yə uduzsaq..." - Fatih Terim


"Schalke"yə uduzsaq..." - Fatih Terim

"Qrupda 3 və 4-cü oyunlar lideri müəyyənləşdirən matçlardır. Ona görə də "Schalke" ilə qarşılaşma olduqca önəmlidir".

Corner.az-ın məlumatına görə, bu sözləri "Galatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun "Schalke" ilə səfər oyunu öncəsi təşkil olunan mətbuat konfransında deyib. Bu gün keçiriləcək görüşlə bağlı fikirlərini açıqlayan təcrübəli mütəxəssis heyətdə zədəli futbolçuların çox olmasından gileylənib: "Bu qədər zədəli oyunçunun olması heyəti qurmaqda çətinlik yaşadır. Çempionlar Liqası kimi yüksək səviyyəli bir turnirdə oynayırınızsa, meydana daxil olanla çıxan futbolçu arasında ciddi fərq olmamalıdır. Ancaq təəssüf ki, bu mövsüm komandada 7-8 zədəlimiz var ki, bunlar heyətin 40 faizini təşkil edir. Məsələyə müsbət tərəfdən yanaşsaq isə 2-3 futbolçumuz zədəsini sağaldıb, sıraya qayıtdı".

Terim bu gecə məğlub olacaqları halda 2-cilik şanslarının azalacağını vurğulayıb: "Schalke" yaxşı komandadır. Domeniko Tedesko kimi gənc və iddialı baş məşqçiləri var. Məncə, o, gələcəkdə daha da yaxşı mütəxəssis olacaq. Sürətli rəqiblə oynayacağıq. Aramızdakı yeganə fərq odur ki, biz bir neçə gün öncə derbi oynadıq, onlar oynamadılar. "Schalke"nin 5, bizim 4 xalımız var. Onlar uduzsalar belə, 2-cilik şansları davam edəcək. Yox, əgər biz məğlub olsaq, onda şansımız azalacaq. Bərabərlik qeydə alınarsa, hər şeyə son turda aydınlıq gələcək".

Qeyd edək ki, "Schalke" - "Galatasaray" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.(qol.az)







Çempionlar liqası

"Bu, uğursuzluqdur"  - Luis Enrike
  • Çempionlar liqası
  • 13:03 07.11.2024
"Bu, uğursuzluqdur" - Luis Enrike
Arteta hakimin qərarından narazıdır
  • Çempionlar liqası
  • 11:26 07.11.2024
Arteta hakimin qərarından narazıdır