1 oktyabr 2026. Cümə axşamı

Qarabağın 5 potensial rəqibi - ÇL-da


Qarabağın 5 potensial rəqibi - ÇL-da

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb.

Corner.az xəbər verir ki, püşkatmadan 1 gün öncə UEFA iştirakçıları 5-i səpələnmiş, 5-i səpələnməmiş olmaqla 10 komandalı qruplara bölüb.

Güclülər sırasında yer alan Ağdam təmsilçisinin rəqibi aşağıdakılardan biri olacaq:

“Valetta” (Malta), “Sarayevo” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Saburtalo” (Gürcüstan).

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin püşkü sabah saat 14:30-da atılacaq.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”