15 avqust 2026. Şənbə

İnter tarixində ilk dəfə penaltidən qol vurub


İnter tarixində ilk dəfə penaltidən qol vurub
“İnter” tarixi ərzində ilk dəfə Çempionlar Liqasında (ÇL) səfər oyununda penaltidən qol vurub. Matc.az saytı xəbər verir ki, bu, 1/4 final mərhələsinin “Benfika” ilə səfər görüşünə təsadüf edib.
 
“Neradzurra”nın səfərdə 2:0 hesabı ilə qalib gəldiyi qarşlaşmanın 82-ci dəqiqəsində qazanılan penalti zərbəsini Romelu Lukaku dəqiq yerinə yetirib.
 
Komanda 2003-cü ildə “Bayer”lə qarşılaşmada belə bir şans əldə etsə də, Domeniko Morfeo qapıçı ilə təkbətək dueldən məğlub ayrılıb.
Beləliklə, “İnter”in penaltisiz səfər seriyası 59 oyunda dayanıb. Bu, turnir tarixinin ən uzun seriyasıdı.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 19-da keçiriləcək.






Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu