1 fevral 2025. Şənbə

Bu, yalnız ilk 90 dəqiqədi


Bu, yalnız ilk 90 dəqiqədi
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda  “İnter” səfərdə “Benfika”ya 2:0 hesablı qalib gəlib. Corner.az saytı xəbər verir ki, “neradzurra”nın baş məşqçisi Simone İnzaqi komandasının əla performans göstərdiyini ama bunun hələ ilk 90 dəqiqə olduğunu bildirib: “Əla performans idi. Çox çalışdıq, hərəkət etdik, qətiyyətlə davrandıq. Amma onu da başa düşürük ki, bu, yalnız ilk 90 dəqiqədi. Hər iki hissədə çox yaxşı iş gördük və “Benfika”ya çox imkan vermədik. Yenə də cavab görüşünə ciddi yanaşmaq lazımdı. Futbolçulardan razıyam, onlar mənimlə həmişə dəli kimi çalışırlar”.
 
“Benfika”nın çalışdırıcısı Roje Şmidt isə rəqibin hücumda daha effektli oynadığını etiraf edib: “Cərimə meydanında onlar bizdən daha yaxşı oynadılar. Az imkanlarla iki qol vurdular. Bir eyni sayda şans yaratdıq, amma fərqlənə bilmədik. Bu, futbolun bir hissəsidi. Bəzən uduzursan. Həm “İnter”, həm də “Porto” ilə oyunda qələbə qazana bilərdik, ancaq məğlub olduq”.
 
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 19-da keçiriləcək.






Çempionlar liqası

ÇL: Pley-off mərhələsinin püşkü atılıb
  • Çempionlar liqası
  • 15:45 31.01.2025
ÇL: Pley-off mərhələsinin püşkü atılıb
“Komandanın oyunundan razıyıq"
  • Çempionlar liqası
  • 15:49 30.01.2025
“Komandanın oyunundan razıyıq"
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
  • Çempionlar liqası
  • 19:56 28.01.2025
"20 dəqiqəyə çoxlu qol vurmaq istəyirik"
"Qasperini “Atalanta”da inanılmaz iş görür"
  • Çempionlar liqası
  • 19:51 28.01.2025
"Qasperini “Atalanta”da inanılmaz iş görür"