Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Siti” evdə “Bavariya”nı 3:0 hesabıi lə məğlub edib. Corner.az saytı xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Qvardiola qələbənin rahat olmadığını bildirib:
“Qələbə rahat olmadı, emosional mübarizə oldu. Bu matçda 10 yaş qocaldım. Çox tələbkar oyunlardan biri idi. Münhendə nə etməli olduğumuzu yaxşı bilirəm. Əgər istədiyimiz kimi çıxış etməsək, rəqib bizi 3 qolla cəzalandıra bilər. Bunu futbolçular da bilir. Mançesterdəki nəticə inanılmazdı, lakin səfərdə də xarakter göstərməliyik. Almaniyaya qol vurmağa gedəcəyik. Bu mövsüm Çempionlar Liqasına xüsusi yanaşırıq”.
Tomas Tuxel (“Bavariya”nın baş məşqçisi): “Bu nəticə ilə qətiyyən razılaşmıram. Daha yaxşı olduğumuz fazalarda cəzalandırıldıq. Sadəcə, rəqib bizi ağır cəzalandırdı. Hesab 0:2 olana qədər çox yaxşı oynadıq. Nəticə barədə heç bir fikir bildirmək istəmirəm. 70-ci dəqiqəyə qədər çox yaxşı oyun gördüm. Ən azı bir qol vura bilərdik. Futbolçularımızda bir az inam və hazırlıq çatışmırdı. Təbii ki, nəticə bizim üçün acınacaqlıdı. Amma komandama, futbolçuların oyununa aşiq oldum. Qəribə səslənsə də, çox əyləndim”.