23 iyul 2026. Cümə axşamı

İnter ÇL-də bunu üçüncü dəfə bacardı


İnter ÇL-də bunu üçüncü dəfə bacardı
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda İtaliyanın “İnter” klubu səfərdə Portuqaliya “Benfika”sını 2:0 hesabı məğlub edib. Corner.az xəbər verir ki, Milan təmsilçisi üçüncü dəfə ÇL-in 1/4 final mərhələsindən etibarən ən böyükhesablı səfər qələbəsini qazanıb. 
 
“Neradzurra” 1964-cü ildə Serbiya “Partizan”ını, 1967-ci ildə isə İspaniyanın “Real” komandasını səfərdə 2 cavabsız qolla üstələyib. Hər iki qarşılaşma 1/4 finala təsadüf edib.
 
İndiyə qədər cəmi bir komanda 1/4 finaldan etibarən ilk görüşdə evdə 2 top fərqilə məğlub olmasına baxmayaraq, mərhələ adlamağı bacarıb. Bu, 1968/1969 mövsümündə baş verib. “Ayaks”la “Benfika” arasında hər iki matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Əlavə oyuna ehtiyac duyulub və orada “Ayaks” 3:0 hesablı qələbə qazanıb.






Çempionlar liqası

"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"