23 iyul 2026. Cümə axşamı

Milan Napoli'ni, Real Çelsi'ni məğlub yola saldı


Milan Napoli'ni, Real Çelsi'ni məğlub yola saldı

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.

İtaliya “Milan”ı öz meydanında “Napoli” ilə üz-üzə gəlib. Görüş Milan təmsilçisinin minimal hesablı qələbəsiylə yekunlaşıb.

Günün ən maraqlı görüşü isə İspaniyada Madrid “Real”ı ilə İngiltərənin “Çelsi” komandası arasında baş tutub. Bu görüşdə də meydan sahibləri inamlı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
12 aprel

Milan (İtaliya) – Napoli (İtaliya) 1:0
Qol: Bennaser, 40.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Milan. “San Siro” stadionu.

Real (İspaniya) – Çelsi (İngiltərə) 2:0
Qol: Benzema, 22. Asensio, 74.
Baş hakim: Fransua Leteksye (Fransa).
Madrid. “Santyaqo Bernabeu” stadionu.







Çempionlar liqası

"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"