15 may 2026. Cümə

Benzema ÇL-dakı oyun sayına görə Raula çatdı


Benzema ÇL-dakı oyun sayına görə Raula çatdı

Fransalı futbolçu Kərim Benzema İspaniya "Real Madrid"inin heyətində UEFA Çempionlar Liqasında (ÇL) 130-cu oyununa çıxıb.

Corner.az xəbər verir ki, evdə İngiltərənin "Çelsi" komandasına qarşı 1/4 final mərhələsinin ilk matçına start heyətində başlayan 35  yaşlı hücumçu bu göstərici ilə "kral klubu"nun sabiq üzvü Raul Qonsalesə çatıb.

Təcrübəli oyunçu hazırda yalnız Madrid təmsilçisinin keçmiş qapıçısı İker Kasilyasdan geri qalır. Veteran qolkiperin aktivində 150 ÇL oyunu var.

Qeyd edək ki, hazırda ikincisi hissəsi oynanılan görüşdə "Real Madrid" 1:0 hesabı ilə öndədir.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"