5 dekabr 2025. Cümə

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi bilindi


"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi bilindi
Bu gün UEFA Çempionlar Liqasında 1-ci  təsnifat mərhələsinin püşkü atılıb.

Corner.az xəbər verir ki, İveçrənin Nyon şəhərində keçirilən mərasimdə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ”ın da rəqibi müəyyənləşib. Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk raundda Albaniyanın "Partizani" klubu qarşılaşacaq. İlk oyun səfərdə olacaq.

"Qarabağ" ötən mövsüm ÇL-in 2-ci təsnifat mərhələsində də Albaniya təmsilçisi ilə üz-üzə gəlmişdi. Həmin vaxt ağdamlıların rəqibi "Kukesi" klubu olmuşdu. Səfərdəki ilk oyun qolsuz başa çatmışdı. Bakıda rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" 3-cü mərhələyə adlamışdı. 

Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.





Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”