15 may 2026. Cümə

Çempionlar Liqasında ən çox hesab açan futbolçular


Çempionlar Liqasında ən çox hesab açan futbolçular
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Çempionlar Liqası görüşlərində ən çox hesabı açan futbolçuların siyahısını dərc edib. Corner.az saytı xəbər verir ki, qurum ən çox ilk qolun müəllifi olan 10 oyunçunun adını açıqlayıb.
 
Bu baxımdan lider ÇL-in bombardiri Kriştiano Ronaldodu. Portuqaliyalının turnirdəki 140 qolundan 48-ni hesabı açaraq vurub. Onu 40 qolla Lionel Messi izləyir. İlk “üçlüy”ü isə “Çelsi” ilə qarşılaşmada hesabı açan Kərim Benzema qapayır. Fransalı 30 dəfə buna nail olub.
 
1. Kriştiano Ronaldo (Portuqaliya, 2003–2022) – 48 (140)
2. Lionel Messi (Argentina, 2005–) – 40 (129)
3. Kərim Benzema (Fransa, 2005–) – 30 (90)
4-5. Raul (İspaniya, 1995–2011) – 26 (71)
Robert Levandovski (Polşa, 2011–) – 26 (91)
6. Filippo İnzaqi (İtaliya, 1997–2012) – 21 (46)
7-8. Andrey Şevçenko (Ukrayna, 1994–2012) – 19 (48)
Zlatan İbrahimoviç (İsveç, 2001–) – 19 (48)
9-10. Alessandro Del Pyero (İtaliya, 1995–2009) – 18 (42)
9-10. Tyerri Anri (Fransa, 1997–2012) – 18 (50)






Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"