5 dekabr 2025. Cümə

Milan'ın qapıçısı libero kimi oynayır


Milan'ın qapıçısı libero kimi oynayır
“Napoli”nin baş məşqçisi Luçano Spalletti Çempionlar Liqasının 1/4 final mərhələsinin “Milan”la cavab oyunu öncəsi fikirlərini bölüşüb. Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis nəticəni dəyişməyin mümkün olduğunu bildirib:
 
“Biz detallar və ilk oyunda baş verənlər üzərində işləyirik. Hər zaman yaxşılaşdırıla bilən şeylər var. “Milan”ın texniki komandası, motoru var. Onların qapıçısı libero kimi oynayır. Bunlara diqqət etsək, biz onlardan daha yaxşı vəziyyətdə olacağıq. Biz təcrübəliyik. Qarşıda yetkinlik və xarakter nümayiş etdirdiyimiz çoxlu Çempionlar Liqası matçları var. Bu keyfiyyətləri yenidən üzə çıxara bilməməyimiz üçün heç bir səbəb görmürəm. Nəticəni dəyişmək həmişə mümkündür. İnanıram ki, komanda bunu bacaracaq”. 
 
Xatırladaq ki, “Napoli” “Milan”la ilk görüşdə 0:1 hesabı ilə məğlub olub.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”