27 mart 2026. Cümə

Pioli'dən Napoli oyun haqda


Pioli'dən Napoli oyun haqda
“Milan”ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının 1/4 finalında “Napoli” ilə keçiriləcək cavab oyunu öncəsi gözləntilərini bölüşüb. Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis komandasının ilk görüşdə qazandıqları minimal üstünlüyünü qorumaq üçün oynayacaqlarını bildirib:
 
“Əlbəttə, çempionatda liderliyi qorumağa diqqət yetirmək səhv olardı. “Napoli” uzun müddətdir Çempionlar Liqasında evdə məğlub olmur. “Liverpul”, “Ayaks”, “Reyncers” və “Ayntraxt” kimi komandalara orta hesabla 3-4 qol vurub. Bizim yalnız minimal üstünlüyümüz var, öz oyunumuzu oynayaraq bunu qorumalıyıq. Düşünürəm ki, topla çox yaxşı oynaya bilirik. Bu mühüm element olacaq. Həm biz, həm də “Napoli” bir-birimiz üçün çoxlu şanslar və problemlər yaratdıq. “Napoli”nin San-Sirodakı oyuna bizdən daha güclü başlaması bizim üçün yaxşı dərs oldu”. 







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"