27 mart 2026. Cümə

Benzema Real'ın tarixinə düşdü


Benzema Real'ın tarixinə düşdü
Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində “Çelsi” ilə keçirilən cavab oyunu “Real”ın hücumçusu Kərim Benzema üçün əlamətdar olub. Cirber.az saytı xəbər verir ki, 35 yaşlıforvard qitənin ən nüfuzlu klub turnirində 150-ci görüşünə çıxıb.
 
Benzema buna nail olan 5-ci futbolçu kimi tarixə düşüb. Fransalı oyunçu hazırda ÇL-dəki oyun sayına görə cəmi 4 oyunçu qabaqlayır. Bunlar Kriştiano Ronaldo (183 oyun), İker Kasilyas (177), Lionel Messi (163) və Xavidi (151).
 
Bundan əlavə, Benzema “Real”ın heyətində ÇL-də 131-ci qarşılaşmasını keçirərək, yeni rekord müəyyənləşdirib. O, “kral klubu”nda ən çox iştirak edən meydan oyunçusu olub. Benzema madridlilərin əfsanəsi Raulu Qonzalesi (130) geridə qoyub.
 






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"