5 dekabr 2025. Cümə

Milan və Real ÇL-ın yarımfinalında!


Milan və Real ÇL-ın yarımfinalında!

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

“Çelsi” doğma meydanda Madrid “Real”ı ilə münasibətlərinə aydınlıq gətirib. İlk oyunda 2 cavabsız qolla qələbə qazanan Madrid nəhənginə səfərdə heç-heçə də kifayət edirdi. “Zadəganlar” isə mərhələ adlamaq üçün ÇL-in son qalibinə darmadağınla qalib gəlməliydi. Amma bu görüşdə də inamlı qələbə qazanan İspaniya təmsilçisi yarımfinala çıxıb.

Günün digər oyunu İtaliyanın iki təmsilçisi – “Napoli” ilə “Milan” arasında olub. Bu komandaların ilk oyununda da milanlılar minimal hesabla qalib gəlmişdilər. Qonaqlara Neapolda heç-heçə də kifayət edirdi. “Napoli” isə yalnız qələbə qazanacağı təqdirdə mərhələ adlaya bilərdi. Amma bu görüşdə heç-heçə qeydə alındığına görə "Milan" yarımfinala adlayıb.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
18 aprel

Çelsi (İngiltərə) – Real (İspaniya) 0:2
Qol: Rodriqo, 58; 80.
Baş hakim: Daniel Orsato (İtaliya).
London. “Stemford Bric” stadionu.
İlk oyun – 0:2.

Napoli (İtaliya) – Milan (İtaliya) 1:1
Qol: Osimhen, 90+3 - Jiru, 43.
Baş hakim: Şimon Marçinyak (Polşa).
Neapol. “Dieqo Armando Maradona” stadionu.
İlk oyun – 0:1.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”