27 mart 2026. Cümə

XXI əsrdə ilk dəfə...


XXI əsrdə ilk dəfə...
“Çelsi” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Real”a 0:2 hesabı ilə uduzaraq, turnirlə vidalaşıb. Corner.az saytı xəbər verir ki, Frenk Lempard “zadəganlar”ın 118 illik tarixində ilk dörd görüşdə məğlub olan ilk baş məşqçi olub.
 
London təmsilçisi bundan əvvəl “Brayton” (1:2), “Real” (0:2) və “Vulverhempton”a (0:1) uduzub. Lempard isə aprelin 6-da “Çelsi”nin sükanı arxasına keçib. O, daha əvvəl 2019-cu ilin iyulundan 2021-ci ilin yanvarına qədər də paytaxt klubuna rəhbərlik edib.
 
Maraqlıdı ki, “Çelsi” həm də XXI əsrdə ilk dəfə ardıcıl 4 qarşılaşmada məğlubiyyət acısı yaşayıb. Sonuncu dəfə 1993-cü ilin noyabrında “mavilər” belə halla üzləşib.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"