5 dekabr 2025. Cümə

Milan Yuventus'a şərik oldu


Milan Yuventus'a şərik oldu
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Napoli” ilə 1:1 hesablı heç-heçəylə yekunlaşan səfər matçı “Milan” üçün əlamətdar olub. Corner.az xəbər verir ki, belə ki, “Milan” 2006/07 mövsümündən bəri ilk, ümumilikdə isə 7-ci dəfə ÇL-in yarımfinalına adlamağı bacarıb. Bu baxımdan “rossyonerlər” İtaliya təmsilçiləri arasında “Yuventus”la birlikdə liderdir.
 
Stefano Piolinin yetirmələrinin turnirdə ardıcıl 5 “quru” oyun seriyasına son qoyulub. Komanda son dəqiqələrdə qol buraxaraq, uğurlu seriyanı davam etdirə bilməyib. “Milan”ın buna qədər ÇL-də buraxdığı son qol 11 oktyabr 2022-ci il tarixinə təsadüf edib. Həmin vaxt “Çelsi”nin hücumçusu Pyerr-Emerik Obameyanq fərqlənib.
 
“Milan”ın forvardı Olivye Jiru ÇL-də qol vuran ən yaşlı ikinci fransalıdır. O, 36 yaş 200 günlüyündə bunu bacarıb. Bu göstəricidə rekordçu olan Loran Blan 2002-ci ildə 36 yaş 338 günündə fərqlənib.
 
“Napoli” – “Milan” qarşılaşması yarımfinalda hər iki komandanın penaltini qola çevirə bilmədiyi ikinci oyun kimi tarixə düşüb. Birincilərdən Xviça Kvaratsxeliya, qonaqlardan isə Olivye Jiru şansı əldən verib. İlk dəfə belə bir hadisə 2016-cı ildə “Bavariya” – “Atletiko” matçında yaşanıb. Həmin vaxt almanlardan Tomas Müller, ispanlardan isə Fernando Torres penalti zərbəsini dəqiq yerinə yetirə bilməyiblər.
 
“Napoli”nin qapıçısı Aleks Meret 2005-ci ilin finalından bəri bu turnirdə “Milan”ın penalti zərbəsini dəf edən ilk qolkiperdir. Sonuncu dəfə 18 il əvvəl “Liverpul”un çərçivə qoruyucusu İrji Dudek “rossonyerlər”in əfsanəvi futbolçusu Andrey Şevçenkonun fərqlənməsinə imkan verməyib.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”