5 dekabr 2025. Cümə

Çempionlar Liqasında yarımfinalçılar müəyyənləşdi


Çempionlar Liqasında yarımfinalçılar müəyyənləşdi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, ikinci oyun günündə baş tutan qarşılaşmalardan sonra yarımfinalçılar bəlli olub.

İlk oyunda öz meydanında “Bavariya”ya qalib gələn (3:0) “Mançester Siti” Münhendən heç-heçə ilə ayrılsa (1:1) da, yarımfinala yüksəlib.

İlk görüşdə səfərdə “Benfika”nı 2 cavabsız qolla məğlub edən “İnter” də doğma azarkeşlər önündə 3 dəfə hesabda önə çıxsa da, son saniyələrdə buraxılan qol ucbatından qələbəni qoruya bilməyib - 3:3. Lakin buna baxmayaraq İtaliya təmsilçisi yarımfinala adlamaq hüququ alıb.

Xatırladaq ki, ötən gün “Real” (İspaniya) “Çelsi”ni (İngiltərə), “Milan” (İtaliya) isə “Napoli”ni (İtaliya) mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

Beləliklə, yarımfinalda “Mançester Siti” Madrid “Real”ı, “İnter” isə “Milan”la üz-üzə gələcək.   

UEFA Çempionlar Liqası
1/4 final mərhələsinin cavab oyunları
19 aprel

“Bavariya” (Almaniya) – “Mançester Siti” (İngiltərə) - 1:1
Qollar: Kimmix, 83 (penalti) - Haland, 57
Münhen. “Alyans Arena”. Baş hakim: Kleman Turpen (Fransa).
İlk oyun – 0:3.


“İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) - 3:3
Qollar: Barela, 14; Martines, 65; Korrea, 78- Aursnes, 38; Silva, 86; Musa, 90+3
Milan. “Cüzeppe Meatsa” stadionu. Baş hakim: Karlos del Serro (İspaniya).
İlk oyun – 2:0.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”