5 dekabr 2025. Cümə

ÇL: 100 qələbəyə tez çatan məşqçi


ÇL: 100 qələbəyə tez çatan məşqçi
Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində “Bavariya”nı mübarizədən kənarlaşdıran “Mançester Siti”də baş məşqçi Pep Qvardiola üçün bu uğur əlamətdar olub. Corner.az xəbər verir ki, ispaniyalı çalışdırıcı karyerasında 10-cu dəfə turnirin yarımfinal mərhələsində iştirak edəcək.
 
Bu isə turnir tarixinin mütləq rekordudu. Qvardiolanın ən yaxın izləyicisi 9 yarımfinalla hazırda “Real”a rəhbərlik edən Karlo Ançelottidi.
Qvardiola eyni zamanda ÇL-də 100-cü qələbəni ən tez qazanan mütəxəssisdi. İspaniyalıya bunun üçün 158 görüş kifayət edib. 
 
Çempionlar Liqasında ən çox qələbə qazanan baş məşqçi isə Ançelottidi (105). “Mançester Yunayted”in əfsanəvi çalışdırıcı Aleks Ferqyuson 102 qalibiyyətlə ikinci yerdədi.
 
Qeyd edək ki, evdə “Bavariya”nı 3:0 hesabı ilə məğlub edən “Mançester Siti” səfərdə 1:1 hesablı heç-heçə edib.






Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”