23 oktyabr 2024. Çərşənbə

2015-ci ildə Azərbaycan, 2023-cü ildə isə ...


2015-ci ildə Azərbaycan, 2023-cü ildə isə ...
Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə cavab oyunu “Bavariya”nın futbolçusu Jozua Kimmix üçün əlamətdar olub. Corner.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 1:1 hesabı ilə başa çatan qarşılaşmanın 83-cü dəqiqəsində penaltidən fərqlənərək, komandasını məğlubiyyətdən xilas etməyi bacarıb.
 
Alman oyunçu, bununla “Bavariya”dakı karyerasında ilk dəfə penaltidən qol vurub. O, buna qədər sonuncu dəfə 8 il əvvəl penaltidən yararlanıb.
 
Maraqlıdı ki, bu məhz  Almaniyanın U-21 yığmasının heyətində Azərbaycan millisinə qarşı görüşə təsadüf edib. 2015-ci il sentyabrın 8-də Bakıda baş tutan qarşılaşmada Kimmix komandasının ikinci qoluna penaltidən imza atıb. Həmin matçda qonaqlar 3:0 hesablı qələbəyə sevinib.
 
Qeyd edək ki, ilk oyunda “Mançester Siti”yə 0:3 hesabı ilə məğlub olan “Bavariya” Çempionlar Liqası ilə vidalaşıb.






Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"