14 dekabr 2025. Bazar günü

Qarabağın 73 yaşlı rəqibi


Qarabağın 73 yaşlı rəqibi

Qarabağ Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Albaniyanın “Partizani” klubu haqda məlumat yayıb.

Corner.az Ağdam təmsilçisinin saytına istinadən xəbər verir ki, 1946-cı ildə yaradılmış klub paytaxt Tirananı təmsil edir. Komanda ev oyunlarını 9500 azarkeş tutumlu “Selman Stermasi Stadium”da keçirir. “Partizani”ni italiyalı Franko Lerda çalışdırır. O, bu ay komandaya baş məşqçi təyin edilib. Çempionluğu isə Şkender Gega əldə edib. Komandanın kapitanı qapıçı Alban Hocadır.

Ötən mövsüm 70 xal toplayıb, ən yaxın izləyicisi “Kukesi”ni 11 xal qabaqlayan “Partizani” tarixində 16-cı dəfə Albaniyanın ən güclüsü adını qazanıb. Paytaxt təmsilçisi buna 26 il sonra buna nail olub. Klub sonuncu dəfə 1992/93 mövsümündə Albaniya çempionluğunu bayram etmişdi. 15 dəfə ölkə kubokunu, 1 dəfə Superkuboku qazanan “Partizani” 1 dəfə də ölkənin I Dizionunun qalibi olub.

1962/63 mövsümündə avrokuboklarda debüt edən “Partizani”nin ən böyük uğuru 2016/17 mövsümündə qeydə alınıb. Həmin zaman “Şkenderbeu”nun cəzalandırılması səbəbindən Çempionlar Liqasının II təsnifat mərhələsində oynamaq imkanı əldə edən komanda 3-cü raunda yüksəlməyi bacarıb. Ancaq burda Avstriyanın “Zalsburq” klubunu keçmək mümkün olmayıb. Mübarizəni Avropa Liqasının pley-offunda davam etdirən tiranalılar Rusiya “Krasnodar”ına iki oyunun cəmində 0:4 uduzaraq, qrupa düşmək şansını əldən verib.

Avrokuboklarda ümumilikdə 56 oyun keçirmiş “Partizani” bunların 8-də qələbə qazanmağı bacarıb. 11 oyunda bərabərlik əldə edən komanda 37 görüşdə məğlubiyyətə üzülüb. Komandanın ümumi qol fərqi isə 34:96-dır.  







Çempionlar liqası

“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu
“Arsenal” “Brügge”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 01:57 11.12.2025
“Arsenal” “Brügge”ni darmadağın etdi