22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ bizdən təcrübəlidir, amma... - "Partizani"nin prezidenti


Qarabağ bizdən təcrübəlidir, amma... - "Partizani"nin prezidenti
Qarabağ'ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Partizani"nin prezidenti Qazmend Demi püşkü dəyərləndirib.

Corner.az xəbər verir ki, albaniyalı iş adamı yerli "Report" telekanalına müsahibəsində Ağdam klubunun avrokuboklarda kifayət qədər təcrübəsi olduğunu bildirib:

"Qarabağ" bizdən daha təcrübəli komandadır. Yaxşı heyəti var. Uzun illərdir Azərbaycan çempionu olurlar. Hətta Çempionlar Liqasının qrup mərhələsində də çıxış ediblər".

Q. Demi "Qarabağ"ın güclü rəqib olduğunu etiraf etsə də, komandasına inandığını söyləyib: "Püşkdə bizə düşməsini arzuladığım xüsusi bir klub yox idi. Çünki istənilən rəqiblə meydanda 11-11-ə oynayacağıq. Öz komandama, işçilərimə, direktorlarımıza inanıram. Bir neçə mövqeni gücləndirməklə, işin öhdəsindən gələ bilərik".

Qeyd edək ki, ÇL-də 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.





Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"