14 noyabr 2026. Şənbə

"Qarabağ" Çempionlar liqası üçün "Dalğa Arena"nı seçdi


"Qarabağ" Çempionlar liqası üçün "Dalğa Arena"nı seçdi

Qarabağ Çempionlar Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı "Partizani" (Albaniya) klubu ilə ev oyununun stadionu müəyyənləşib.

Corner.az klubun saytına istinadən xəbər verir, oyun "Dalğa Arena"da keçiriləcək. Qurban Qurbanovun komandasının ikinci mərhələyə yüksələcəyi təqdirdə də ev oyunu bu stadionda olacaq.

Buna səbəb 21-27 iyul tarixləri arasında olacaq Avropa Gənclər Yay Olimpiya Festivalının ölkəmizdə keçirilməsidir. Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Qeyd edək ki, "Qarabağ" "Partizani" səddini keçəcəyi təqdirdə, ikinci təsnifat mərhələsində Dundalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.

Əlavə edək ki, 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10 iyul, cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək. 2-ci raundun matçları isə 23-24 iyul və 30-31 iyul tarixlərində olacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının əsas favoritidir
  • Çempionlar liqası
  • 23:03 05.11.2026
PSJ Çempionlar Liqasının əsas favoritidir
Halanddan Çempionlar Liqasında unikal göstərici
  • Çempionlar liqası
  • 02:19 05.11.2026
Halanddan Çempionlar Liqasında unikal göstərici
“Brügge” səfərdə PSV-ni məğlub etdi
  • Çempionlar liqası
  • 02:13 05.11.2026
“Brügge” səfərdə PSV-ni məğlub etdi
“Portu” “Napoli”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:09 05.11.2026
“Portu” “Napoli”ni darmadağın etdi