1 fevral 2026. Bazar günü

ÇL: Yarımfinalın ilk oyunlarının hakimləri açıqlandı


ÇL: Yarımfinalın ilk oyunlarının hakimləri açıqlandı
UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk oyunlarının hakimləri açıqlanıb. Corner.az xəbər verir ki, İspaniyada “Real”la “Mançester Siti” arasında keçiriləcək oyunu portuqaliyalı Artur Dias idarə edəcək. Ona həmyerliləri Paulo Soares və Pedro Ribeyro köməklik göstərəcək. Dördüncü hakim italiyalı Daniele Orsato olacaq.
 
İtaliyada “Milan” və “İnter” komandalarının qarşılaşması isə ispaniyalı Xesus Hil Mansanoya tapşırılıb. Ona Dieqo Barbero və Anxel Nevado Rodriges yardımçı olacaq. Dördüncü referi Xose Sançesdir.
 
“Real” – “Mançester Siti” qarşılaşması mayın 9-da, “Milan” – “İnter” matçı mayın 10-da keçiriləcək.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”