23 iyul 2026. Cümə axşamı

Modriç Mançester Siti'yə qarşı oynaya biləcək?


Modriç Mançester Siti'yə qarşı oynaya biləcək?
“Real”ın futbolçusu Luka Modriç “Mançester Siti”yə qarşı Çempionlar Liqası matçında oynaya biləcək.
 
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Madrid klubunun baş məşqçisi Karlo Ançelotti oyundan öncə keçirilən mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis, xorvat futbolçuya öz işinin öhdəsindən gələ biləcəyinə inandığını deyib:
 
“Meydançanın mərkəzində hər şey aydındır: Modriç də meydanda olacaq… Və başqaları. Luka yaxşıdırsa, oynayır və heç bir problem olmadan işinin öhdəsindən gələcəyinə inanıram”.
 
Modriç aprelin 25-də, La Liqanın “Jirona” ilə matçında ombasından zədə almışdı. “Real”ın 37 yaşlı yarımmüdafiəçisinin 4 həftəyə qədər oynamayacağı deyilirdi. Amma o, daha tez sağalıb və İspaniya kubokunun “Osasuna” ilə final oyununda meydana 82-ci dəqiqədə, Toni Kroosu əvəzləyərək daxil olub.
 
Madrid klubu “Mançester Siti” ilk yarımfinal matçını mayın 9-da, “Santyaqo Bernabeu”da keçirəcək. Oyun saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ







Çempionlar liqası

"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
"KuPS"u məğlub edəcəyimizə inanıram"
  • Çempionlar liqası
  • 18:32 20.07.2026
"KuPS"u məğlub edəcəyimizə inanıram"