- Çempionlar liqası
- 15:40 31.01.2026
Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Turnirin əsas favoritlərindən hesab olunan İngiltərənin “Mançester Siti” komandası səfərdə son çempion “Real”ın qonağı olub. İki qolun qeydə alındığı ilk oyunda qalibi müəyyənləşməyib.
Digər yarımfinal görüşü sabah İtaliya təmsilçiləri “Milan” və “İnter” arasında baş tutacaq. Yarımfinalın cavab oyunları isə mayın 16-17-də keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
9 may
Real (İspaniya) – Mançester Siti (İngiltərə) 1:1
Qollar: Vinisius Junior, 36 - Kevin de Breyne, 67.
Baş hakim: Artur Dias (Portuqaliya).
Madrid. “Santyaqo Bernabeu”.