15 avqust 2026. Şənbə

Real'ın futbolçusu tarixə düşdü


Real'ın futbolçusu tarixə düşdü
“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa Çempionlar Liqası tarixinə düşüb. Corner.az xəbər verir ki, o, yarımfinalda məhsuldar ötürmə verən ən gənc futbolçu olub.
 
20 yaş 180 günlüyündə olan Fransa millisinin üzvü “Mançester Siti” ilə evdə baş tutan ilk qarşılaşmada hesabı açan komanda yoldaşı Vinisyus Juniora assist edib. Bununla o, “Liverpul”un müdafiəçisi Trent Aleksander Arnoldun rekordunu qırıb. İngiltərəli 20 yaş 212 günündə yarımfinalda qol pası verib.
 
Qeyd edək ki, bu statistika yalnız 2003-04 mövsümündən sonrakı dövrə əsasən hesablanıb.






Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu